İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin Şoyqunu "siyasi ölü"yə çevirdi

758 09.08.2023 17:38 Son xəbər A A

Tarixdə ilk dəfə olaraq Rusiya Federasiyasının müdafiə nazirinə bu qədər az adam etimad edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın hökumətə yaxın Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) keçirdiyi son sorğu bunu göstərir. Ekspertlərə görə, bu, Rusiya əhalisi arasında orduya olan etibarın düşməsinin göstəricisidir.

Respondentlərin yalnız 8,9%-i Sergey Şoyquya güvəndiyini, 8,5%-i Rusiya müdafiə nazirinə ümumiyyətlə inanmadığını bildirib. Hər iki rəqəm bütün müşahidə müddəti üçün antirekord sayılır. Müqayisə üçün qeyd edək ki, müharibənin əvvəlində Şoyquya rusların 18,8%-i etimad göstərir və vətəndaşların yalnız 1,8%-i ona etimadsızlığını ifadə edirdi. Qiyamdan əvvəl Şoyqunun işini rusların 10%-i müsbət, 8,5%-i mənfi qiymətləndirirdi.

Şoyqunun populyarlığını itirməsi hökumətin digər üzvlərinə: Lavrov və Mişustinə yarayıb. Baş nazir Mişustin Sergey Şoyqunu iki dəfə qabaqlayıb, onun reytinqi 15,3% təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR