İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentlik yarışı BAŞLADI: İmamoğlu müasir geyimli arvadı ilə... - ŞOK DETALLAR

3099 08.04.2024 12:00 Dünya A A

Türkiyənin nüfuzlu “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi yazıb ki, yerli seçkilərin arxada qalması ilə böyük fərqlə qalib gələn CHP-nin iki mühüm bələdiyyə sədri Əkrəm İmamoğlu və Mənsur Yavaş arasında prezidentlik yarışı artıq başlayıb.

Musavat.com xəbər verir ki, Selvi yerli seçkilərdə həm Ekrem İmamoğlu, həm də Mansur Yavaşın parlaq uğur qazandıqlarına diqqət çəkib.

"İndi bütün diqqət 2028-ci ildə keçiriləcək prezidentlik debatına yönəlib. Ekrem İmamoğlunun, yoxsa Mensur Yavaşın prezidentliyə namizəd olacağı ilə bağlı müzakirələr başlayıb. Ekrem İmamoğlunun 2019-cu il seçkilərindən bəri prezidentliyə namizəd olmaq istədiyi məlumdur. Kamal Kılıçdaroğlu son seçkidə onun yolunu kəsmişdi. İmamoğlu bu seçkidə Özgür Özəlin seçilməsini təmin edərək CHP Ümumi Qərargahını sağlama aldı. Bununla belə, Mansur Yavaşa ictimai dəstək güclüdür" - məqalədə qeyd edilib.

Köşə yazarı qeyd edir ki, Türk milləti zərgər tərəzisindəki kimi səs verir:

66137b01532d0a621fb3c145.jpg (46 KB)

"Xalq Ekrem İmamoğlunu seçməklə Mansur Yavaşa prezidentlik yarışında tarixi qələbə qazandırıb. Seçkilərdə 51,14 faizlə qalib gələn İmamoğluna qarşı 60,43 faiz səslə Yavaş dəstəkləyib. Ekrem İmamoğlu İstanbulu yenidən qazanaraq güclənib. Kılıçdaroğlunun CHP sədrliyindən uzaqlaşdırılması ona prezidentliyə namizədliklə bağlı maneələri aradan qaldırmağa imkan verib. Ekrem İmamoğlu və Mansur Yavaş seçki vəsiqələrini alanda onsuz da prezident seçkiləri kampaniyasına başlayıblar.

İmamoğlu hicablı anası və müasir geyinmiş həyat yoldaşı ilə bir "hoca" gətirərək kabinetində Quran oxutdurmaqla vəzifəsinin icrasına başladı. Mansur Yavaş da bələdiyyə sədrləri üçün keçirilən mərasimlərdə kürsüyə qalxaraq mesajını verdi.

Özgür Özel bu prosesdə balanslaşdırıcı amil ola bilər. Özgür Özel və Əkrəm İmamoğlu - biri CHP sədri, digəri prezidentliyə namizəd kimi model yarada bilərlər. Belə olan halda Mansur Yavaşa xalqın namizədi kimi çıxması qalır. İmamoğlu açıq şəkildə kartlarını oynayır, amma Mansur Yavaşı asan ov kimi görənlər səhv etmiş olar. O "bitdi" deməyincə bu mübarizə bitməz".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR