İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident təqaüdü alanların sayı açıqlanıb

740 26.07.2022 12:52 Sosial A A

Bu ilin iyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Prezidentin aylıq təqaüdü ilə təmin etdiyi şəxslərin sayı ötən ilin müvafiq dövrünə (286,7 min nəfər) nisbətən 26,3 faiz, 4 il əvvələ (58 min nəfər) nisbətən isə 6,2 dəfə artaraq 362 minə çatıb.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Qeyd edək ki, son 4 ildə sosial ödənişlərin ciddi şəkildə artırılması ilə yanaşı, yeni təqaüd növləri də yaradılıb: müharibə veteranları, birinci dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlər, digər kateqoriyalar üçün aylıq təqaüdlər təsis olunub.

Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirləri çərçivəsində həmin müharibənin şəhidlərinin ailə üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR