İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Talış kəndində Novruz tonqalını alovlandırdı: ölkə başçısı xalqı təbrik edib (YENİLƏNİB) VİDEO

1140 19.03.2023 00:11 Son xəbər A A

Qeyd: Video əlavə edilib

Xəbərin ilk yayımlanma zamanı: 18.03.23 (12:50) 

Azərbaycan Prezidenti İlham Əliyev Talış kəndinə gəlib, Novruz tonqalını alovlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.

Sonra dövlət başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR