İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident “Palace” hotelinin açılışında iştirak etdi - VİDEO FOTO YENİLƏNİB

2218 05.07.2024 16:36 Siyasət A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.

Musavat.com-un xəbərinə görə, dövlətimizin başçısına hoteldə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, hoteldə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı, “Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb.

Xankəndinin mərkəzində yerləşən “Palace” otelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.

Musavat.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR