İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezident İlham Əliyevin dedikləri Güney Azərbaycanda elə bir duyğu yaradıb ki...”- Güneyli partiya sözçüsü

834 22.12.2022 18:10 Region A A

 

“Azərbaycan hakimiyyəti, Prezidentinin beynəlxalq aləmdə uğurlu siyasəti, davranışı, böyük güclərin qarşısında güclü olaraq dayanması Güney Azərbaycanda elə bir duyğu yaradıb ki, hamı düşünür, güvənir, inanır ki, Azərbaycan dövləti hər an onun yanında olacaq. Azərbaycan əgər Qarabağ məsələsini bacardısa, demək ki, Güney Azərbaycan məsələsində də bizim yanımızda olacaq”.

Bu sözləri İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin Musavat.com-a açıqlamasında deyib. O həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif platformalarda güneyli soydaşlarımız haqqında danışması Güney Azərbaycanda böyük sevinclə qarşılanıb:

“Biz həqiqətən fəxr etdik! Ruhlandıq ki, Prezidentimiz bizim gerçəklərimizi müxtəlif platformalarda səsləndirdi, dil azadlığımızın olmadığını, hüquqlarımızın pozulduğunu bildirib, “onların haqlarını müdafiə etmək bizim üzərimizdədir” dedi. Bu, Prezident səviyyəsində edilmiş çox böyük hərəkət idi. Bəlkə də bu fikirləri hansısa nazir deyə bilərdi, amma Prezidentin deməsi bu o deməkdir ki, Güney Azərbaycan məsələsi Quzey Azərbaycanın ana xəttidir. Bu ana xətti artıq bir müddətdir ki, izləyirik, fəxr edirik. Arzumuz idi ki, bu, iki il əvvəl olardı. Amma indi olub, çox gözəl, arzu edək ki, məsələyə daha geniş baxılsın, İran-fars rejimi məhv olsun”.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR