İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Ərdoğan: “Mövcud konstitusiya ilə davam edə bilmərik”

457 27.05.2024 15:54 Siyasət A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiyaya dəyişiklik edilməsini təklif edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan elitaların konsensusunu əks etdirən hazırkı konstitusiya ilə davam edə bilməyin mümkünsüzlüyünü dilə gətirib:

“Biz uzun müddətdir ki, yeni konstitusiyadan danışırıq. İstədiyimizi ictimaiyyətlə bölüşdük. Artıq bu rüsvayçılığı millətimizə yaşada bilmərik. Yeni konstitusiyanın milli vəzifə olduğuna inanıram. Konstitusiya normalar iyerarxiyasının zirvəsidir. 1961-ci il və 1982-ci il Konstitusiyaları  hazırlanarkən millətin iradəsi özünü göstərmədi. Çevirlişçilərin tez bir zamanda ölkəni tərk etmələri üçün millətimiz “hə” dedi. Konstitusiya dəyişiklikləri ilə demokratiyamız üçün addımlar atdıq. Bilirik ki, bunlar kifayət deyil”.

Prezident əlavə edib ki, güzəşt olmadan hazırlanmış konstitusiyalar qüsurlu olur və daha çox böhranlara səbəb olur: “Yaxın siyasi tariximizdə bunun nümunələri var. Müzakirələrdən tutmuş məhkəmə sistemindəki gərginliyə qədər hər şeylə qarşılaşmışıq. Dövlətlə vətəndaş münasibətlərini zəhərləyən səbəbin də eyni olduğunu görürük. Türk demokratiyası yeni və sivil bir konstitusiya yazacaq gücə, yetkinliyə və  qüdrətə malikdir”.

 

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR