İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: "Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub"

211 22.04.2022 13:14 Gündəm A A

"Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının çox böyük tarixi mənası var. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub".

Musavat.com-a xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, otuz il işğal edilmiş ölkə kimi yaşanılıb:

“Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, sizin üçün vətəndaş kimi, xaricdə yaşayan azərbaycanlılar üçün. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmayıb. Sadəcə 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr, hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər bu vəziyyəti yaratmışdı. Biz bilirdik ki, bu qələbəyə layiqik. Mənim üçün Prezident kimi başlıca vəzifəm ölkəmizi gücləndirmək və ərazi bütövlüyünü bərpa etmək idi".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR