Polşa prezidenti Anjey Duda ölkənin baş naziri Donald Tuska məktub göndərərək, İsrailin baş naziri Binyamin Netanyahunun Osvensim şəhərinin azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərə gələcəyi təqdirdə onu həbs etməməyi xahiş edib.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Beynəlxalq Cinayət Məhkəməsi daha əvvəl Netanyahu üçün həbs qərarı çıxarıb və bu, Polşanın məhkəmənin qərarlarına əməl etməyə borclu olduğu üçün Varşavanı çətin vəziyyətdə qoyur. Müraciətində Duda beynəlxalq hüquqa hörmətlə yanaşılmaqla həbsdən qaçmağa imkan verəcək formulun işlənib hazırlanmasını təklif edib.
Yanvarın 27-də Osvensimdəki keçmiş nasist konsentrasiya düşərgəsində anım tədbiri keçiriləcək. Netanyahunun sözçüsü bildirib ki, İsrailin baş naziri hələlik bu tədbirlərində iştirak etmək üçün rəsmi dəvət almayıb.
Musavat.com