İnsanlara hürriyət, millətlərə istiqlal!

Portuqaliyanın baş naziri istefa verdi: “Vicdanım təmizdir, istintaqla...”

368 07.11.2023 19:28 Dünya A A

Portuqaliyanın baş naziri Antonio Kosta istefa ərizəsini ölkə prezidentinə təqdim edib.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, Kosta istefa qərarını hökumətin litium və hidrogen layihələrini düzgün idarə etməməsi ilə bağlı aparılan araşdırma ilə izah edib.

Baş nazir qərarını respublika prezidenti Marselo Rebelo de Sousa ilə görüşdən sonra televiziya ilə çıxışında açıqlayıb. Siyasətçi istintaqın onu təəccübləndirdiyini, lakin vicdanının təmiz olduğunu və istintaqla əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları Antonio Kostanın iqamətgahına gələrək axtarış aparıb, bir neçə nəfəri həbs edib. Bu proses Portuqaliya hökumətinin litium yataqlarının işlənməsi hüququnu verərkən bəzi şirkətlərə şübhəli güzəştlərin edilməsi barədə məlumatlar yayılandan sonra başladılıb. Kosta hökumətinin iki naziri ilə bağlı konkret ittihamlar var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR