İnsanlara hürriyət, millətlərə istiqlal!

Politico: “Səudiyyə Ərəbistanına səfər Baydenə qaz qiymətlərini azaltmağa kömək etməyəcək”

395 12.07.2022 17:06 İqtisadiyyat A A

ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri təbii qazın qiymətinin aşağı düşməsinə kömək etməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Politico” saytı məlumat yayıb.

Xəbərdə Səudiyyə Ərəbistanında kifayət qədər neft olmadığı, hətta Krallığın hasilat hədəflərini çətinliklə yerinə yetirdiyi vurğulanıb. Bundan əlavə, hasilatın artırılması OPEC+ alyansında konsensus tələb edir.

ABŞ-ın Strateji və beynəlxalq araşdırmalar mərkəzinin baş elmi işçisi Ben Keyxilə görə, Səudiyyə Ərəbistanı dünya bazarını neftlə "doldursa” belə, bu, benzinin qiymətlərinin aşağı düşməsinə zəmanət verməyəcək.

“Ümumiyyətlə, son bir neçə həftə ərzində neft qiymətlərindəki dəyişkənliyin tədarükün azalıb-çoxalması ilə heç bir əlaqəsi yoxdur”,-deyə o, vəziyyəti bu cür izah edib.

Amerikalı analitikə görə, qiymət artımı daha çox “geosiyasət və maliyyə spekulyasiyası” ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR