İnsanlara hürriyət, millətlərə istiqlal!

Polina Rəhimova: “Azərbaycana həmişə minnətdar olacağam”

1163 20.08.2023 23:17 İdman A A

“Hamınızın bildiyi kimi, mən Azərbaycan təmsilçisiyəm. Əldə etdiklərimə görə bu ölkəyə həmişə minnətdar olacağam”.

Bunu Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

32 yaşlı idmançı izləyicilərini Ukrayna xalqına dəstək olmağa da çağırıb:

“Müharibə hamını birləşdirdi və kimin əsl insan olduğunu, xalqına kömək etdiyini göstərdi. Çox şadam ki, bu illər ərzində həmin vətənpərvər insanlarla əlaqəni kəsməmişəm”.

P.Rəhimova ötən dönəmdə çox insanın onu dəstəklədiyini vurğulayıb:

“Hazırda tək tanıdıqlarımıza deyil, çətinliyə düşən digər insanlara da kömək etmək vaxtıdır. Müharibənin tezliklə bitməsini arzulayıram”.

Xatırladaq ki, P.Rəhimova 2007-2020-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR