İnsanlara hürriyət, millətlərə istiqlal!

“Polat Alemdar”a məxsus fabrikdə PARTLAYIŞ FOTO

2136 24.02.2024 17:29 Şou-biznes A A

Türkiyənin əfsanəvi seriallarından biri olan "Kurtlar Vadisi"ndə Polat Alemdar obrazını canlandıran Necati Şaşmazın Boludakı fabrikində partlayış baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun Gerededəki "Novawood" adlı taxta fabrikində yanğın baş verib.

Məlumata görə, fabrikin istehsal sahəsindən kənarda olan mişar yonqarları yanıb. Yanğın partlayışa səbəb olub. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Yanğın söndürüldükdən sonra fabrikdə istehsal bərpa edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR