İnsanlara hürriyət, millətlərə istiqlal!

Planetin ən zəngin ailələri – “Bloomberg”in reytinq cədvəli

926 09.12.2023 11:30 Dünya A A

Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi planetin ən zəngin ailəsi olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Bloomberg” agentliyinin tərtib etdiyi reytinq cədvəlinə görə, Əl Nəhyan sülaləsi 2023-cü ildə dünyanın ən zəngin ailələri sırasında birinci yeri tutub. Onun sərvəti 305 milyard dollar həcmində qiymətləndirilir.

Agentliyin məlumatına görə, ikinci yeri “Uolmart” mağazalar şəbəkəsinə sahib olan ABŞ-dan olan Uolton ailəsi tutub. “Bloomberg” onun sərvətini 259,7 milyard dollar qiymətləndirir.

“Hermes” moda evinin əsasını qoyan və ona sahib olmaqda davam edən fransalı Hermes ailəsi 150,9 milyard dollarla reytinqdə üçüncü yerdədir.

Dördüncü yerdə “Mars” şirkətinin sahibi olan Mars ailəsi (ABŞ) qərarlaşıb.

Qətərdə hakimiyyətdə olan Əl Tani ailəsi beşinci yeri tutub.

Reytinqdə Səudiyyə Ərəbistanının hakim sülaləsi Əl Səud da yer alıb. “Tomson Röyter” media şirkətinin səhmlərinin 69%-nə sahib olan kanadalı Tomson ailəsi, həmçinin BMW-nin səhmlərinin təxminən yarısına sahib olan almaniyalın Quandt ailəsi sonrakı yerləri tuturlar.

Bundan əlavə, siyahıya “Hyatt” otellər şəbəkəsinə sahib olan ABŞ-dan Pritzker ailəsi və “Aşan” supermarketlər şəbəkəsinə sahib olan Mulye ailəsi (Fransa) daxil edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR