İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyadanı öldürən sürücü "isti izlərlə" yaxalanıb

564 07.08.2022 21:24 Hadisə A A

Xəbər verdiyimiz kimi, bu gün Goranboyda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax yolunun 330 km-də yolu keçmək istəyən piyadanı vuraraq öldürən və daha sonra hadisə yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsü Əmiraslanov Elsevər Vaqif oğlu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində "isti izlərlə" tapılıb və istintaqa cəlb edilib.

Qeyd edək ki, hadisə zamanı Gəncə şəhər sakini 1947-ci il təvəllüdlü Mirzə Kazımov hadisə yerində ölüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR