İnsanlara hürriyət, millətlərə istiqlal!

Pistorius Makronun “qorxmayın” mesajına cavab verib

576 06.03.2024 13:15 Dünya A A

Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa prezidenti Emmanuel Makronun Kiyevə yardım göstərməkdə qorxaq olmamaq çağırışını, eləcə də Ukraynaya qoşun yeritməklə bağlı açıqlamalarını tənqid edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Pistoriusa görə, Avropanın Qərb qoşunlarının istifadəsinə və ya “az-çox cəsarət”lə bağlı müzakirələrə ehtiyacı yoxdur.

"Biz diqqəti ən aktual məsələlərə yönəltməliyik: sənaye istehsal gücünün effektiv və sürətlə artırılması, məsələn, artilleriya və hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatlarının istehsalında", - Pistorius bildirib.

Almaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, Makronun başlatdığı mübahisə Qərb ölkələrinin Ukraynaya yardım məsələsində üzləşdiyi problemlərin həllinə kömək etmir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya NATO qoşunlarının göndərilməsi məsələsində mövqeyinə baxmayaraq, Fransa ilə Almaniya arasında heç bir gərginlik yoxdur. Şolts deyib ki, o, Makronu yaxın dost hesab edir, lakin bu, bəzi məsələlərdə Fransa prezidenti ilə razılaşmamasına mane olmur.

Bundan əvvəl Makron Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyündən danışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR