İnsanlara hürriyət, millətlərə istiqlal!

Pikassonun əsəri hərracda 139 milyon dollara satılıb

732 10.11.2023 04:16 Dünya A A

İspaniyalı rəssam Pablo Pikassonun “Saatlı qadın” tablosu “Sotheby's” hərracında 139 milyon dollara satılıb.

Bu, ispan rəssamın ikinci ən bahalı rəsm əsəridir. Qeyd edilir ki, “Saatlı qadın” ilkin olaraq 120 milyon dollar dəyərində qiymətləndirilib.

Qeyd edək ki, rəsm Pikasso tərəfindən 1932-ci ildə 130x97 ölçüdə kətan üzərində çəkilib. Bu, rəssamın sevgilisi olaraq onu yeni əsərlər yaratmağa ruhlandıran fransız model Mari Terez Valterin təsviridir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR