İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkianın Paşinyanla söhbətində TƏCİLİ Zəngəzur açıqlaması: İstənilən DƏYİŞİKLİK... - CANLI

783 10.07.2024 16:02 Gündəm A A

Ötən gün İranın yeni Prezidenti Məsud Pezeşkian ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. İranın “Mehr News” nəşri tərəflər arasına müzakirə olunan məsələrlə bağlı məlumat yayıb. Məlumatda İran prezidentinin beynəlxalq sərhədlərin toxunulmazlığını xüsusi olaraq vurğuladığı qeyd olunub.

Ermənistan İranın qonşuları arasında mühüm mövqeyə malikdir və bu ölkə ilə əlaqələr İslam Respublikasının xarici siyasət sistemində çox önəmlidir. İranın Ermənistanla sərhədi qısa olsa da, ümid və dinc həyatın sərhədidir və bizim sizə münasibətdə prinsipial siyasətimiz toxunulmazdır. İran bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, ancaq biz beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinəyik. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik və bununla bağlı hər cür yardıma hazırıq”,-deyə Pezeşkian bildirib. Qeyd olunub ki, Pezeşkian qarşılıqlı olaraq İranın Ermənistanla bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqliyini, eləcə də əlaqələri daha da inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.

“Ukrayna hökuməti bu ölkəyə verdiyimiz “Storm Shadow” raketlərindən Rusiyaya zərbə endirə bilər”. Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun Vaşinqton sammiti çərçivəsində jurnalistlərə bildirib.

O əlavə edib ki, adı çəkilən ölkənin etibarlı müdafiəsini təmin etmək üçün yeni hökumətə tərəfdaş dövlətlərin verdiyi silah-sursatdan maneəsiz istifadə etməyə şərait yaradılmalıdır.

Rusiya Müdafiə Nazirliyinin üç yüksək rütbəli hərbçisinə qarşı terror aktı hazırlayan rusiyalı həbs edilib. Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Təhlükəsizlik orqanları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin göstərişi ilə hədiyyə qablaşdırmasında maskalanmış üç güclü partlayıcı qurğunun MN-in yüksək vəzifəli 3 şəxsinin ünvanlarına çatdırılmasını təşkil edən 1994-cü il təvəllüdlü Rusiya vətəndaşını həbs edib”, - departament qeyd edib.

O, 2024-cü ilin mayında Ukrayna hərbi kəşfiyyatçıları ilə əlaqə qurub. Məlumatda bildirilib ki, o, pul müqabilində Rusiya ərazisində terror əməliyyatlarının hazırlanması ilə bağlı göstərişləri yerinə yetirməyə razılaşıb.

TVMusavat-ın bu gün saat 16:02-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə müzakirə aparır.

Youtube səhifəsinin ünvanı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR