İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəhbəri Yəmənə hücum əmrini xəstəxanadan verib- ŞOK FAKTLAR  

1046 12.01.2024 10:00 Dünya A A

 

CNN yazır ki, Yəməndə husilərə zərbələr endirilən zaman prosesi Pentaqon rəhbəri Lloyd Ostin xəstəxanadan idarə edib.

Musavat.com xəbər verir ki, bir neçə gün öncə ABŞ müdafiə naziri Lloyd Ostin gizli şəkildə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı.

Məlumatlara görə  bu gecə ABŞ və Böyük Britaniya Yəmənin dörd vilayətində hədəflərə 23 hava hücumu həyata keçirib. ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi Ostinin xəstəxanada olmasına baxmayaraq, əməliyyatı izlədiyi bildirilir. Yayılan xəbərlərə görə Ostinə prostat xərçəngi diaqnozu qoyulub.

Hazırda müdafiə nazirinin vəziyyəti stabilləşib və həkimlər onun tam sağalacağını gözləyirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR