Ermənistanda parlament seçkiləri öncəsi siyasi mübarizə aktiv mərhələyə keçərkən seçkinin nəticələrinə dair fərqli proqnozlar səslənməkdə davam edir.
Musavat.com xəbər verir ki, polittexnoloq Viqen Akopyan seçkinin nəticəsində əsas amilin seçici fəallığı ola biləcəyini bildirib.
Erməni ekspert hesab edir ki, növbəti parlamentdə təmsil olunmaq şansı real olaraq 4–5 siyasi qüvvənin qarşısında dayanır. Onun sözlərinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentə keçə bilsə də, təkbaşına çoxluq qazanmaqda çətinlik çəkə bilər.
“Araşdırmalar göstərir ki, “Vətəndaş Müqaviləsi” parlamentə keçəcək, amma 50+1 toplaya bilməyəcək”, - deyə Akopyan bildirib.
Onun fikrincə, parlamentdə təmsil olunmağa iddialı qüvvələr sırasında “Güclü Ermənistan”, “Ermənistan” bloku, “Çiçəklənən Ermənistan” və “Birlik Qanadları” partiyası da var.
Musavat.com






