İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla bağlı ŞOK AÇIQLAMA: "Başı kəsilsin" - VİDEO

1443 16.07.2025 13:05 Gündəm A A

Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan iyulun 13-də ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Ermənistanın Baş Konsulluğu qarşısında keçirilən aksiyada səsləndirilən fikirləri kəskin şəkildə tənqid edib.

Arutyunyan həmin mitinqdə iştirak edən din xadiminin çıxışına reaksiya verərək, şok ifadələrin səsləndirildiyini bildirib.

"O deyir ki, Paşinyanın başını kəsmək lazımdır, onlar erməni apostol kilsəsini İslam Dövləti təşkilatının qoluna çeviriblər, başını kəsirlər - Ermənistan Respublikasının seçilmiş baş nazirinin başını kəsirlər," - deyə Arutyunyan öz paylaşımında yazıb.

O, bu tip çıxışların və ekstremist ritorikanın qəbuledilməz olduğunu bildirərək, aksiyanı təşkil edən Milli Cəbhə Hərəkatını və onun tərəfdarlarını tənqid edib.

Qeyd edək ki, son zamanlar Ermənistan daxilində və diaspor cəmiyyətlərində siyasi gərginlik artmaqdadır.

Milli.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR