İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla bağlı İLGİNC AÇIQLAMA

1049 13.09.2023 15:04 Region A A

"Ermənistan hakimiyyəti özünə yeni müttəfiqlər qazandıracaq siyasət yürütmür. Lakin bu, Rusiyaya öz öhdəliklərini yerinə yetirməmək imkanı da verir".

Musavat.com xəbər verir ki, bu barədə erməni politoloq Argişti Kiviryan danışıb.

Kiviryanın sözlərinə görə, Ermənistan hakimiyyətinin hərəkətləri səbəbindən Moskva onun xeyrinə qərar qəbul etməyəcək.

"Elə bir siyasət aparılmalı idi ki, Rusiya öz öhdəliklərindən imtina edə bilməsin. Lakin Paşinyan iqtidarı bunun əvəzinə rəsmi Moskva ilə münasibətləri gərginləşdirmək yolunu tutdu. Mövcud müttəfiqdən qurtulmaq üçün əvvəlcə yenisini tapmalısınız. Xüsusilə bölgəmizdə təhlükəsizlik sahəsində belə bir vakuum yaratmaq doğru deyil, çünki bu da ciddi nəticələrə, o cümlədən qırğına səbəb ola bilər", - deyə A.Kiviryan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR