İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın ziddiyyətli açıqlamasının ƏSL NİYYƏTİ bu imiş

1975 22.05.2023 15:46 Siyasət A A

“Paşinyan daxili auditoriya, daha doğrusu, müxalifət üçün, eyni zamanda Moskva, Brüssel və Vaşinqton üçün ayrı-ayrılıqda mesajlar verir. Onun Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlaması 1991-ci ildən, yəni SSRİ dağıldıqdan sonra təsdiqlənmiş sərhədlərimizi tanıması deməkdir”.

Bu fikirləri Musavat.com-a millət vəkili Arzu Nağıyev deyib.

O sərhədlərin delimitasiya və demarkasiyasına diqqət çəkərək bildirdib ki, bu, sülh müqaviləsinin əsas şərtlərindən biridir:

1637392070833519204_1200x630 (2).jpg (245 KB)

“Biz dəfələrlə bildirmişik ki, danışıqlar Azərbaycan və Ermənistan arasında gedir. Bakı-Xankəndi dialoquna gəlincə, bu bizim daxili işimizdir. Burada hər hansı beynəlxalq statusdan söhbət gedə bilməz. Ermənistanın niyyəti danışıqlara beynəlxalq status verməkdir. Muxtariyyətin əldə olunması üçün addımların atılmasını gözləyirlər, lakin bu absurddur. Erməni icması ilə bağlı məsələlər bizim daxili işimizdir, biz bu məsələdə israrlıyıq. Paşinyanın son açıqlaması ilə daxili auditoriyanı sakitləşdirməklə yanaşı, havadarları qarşısında “şərtlər” qoyur. Bu siyasi gedişdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR