İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Sünik səfəri - QALMAQAL yaşana bilər

989 16.08.2023 18:38 Region A A

Ermənistanda Sünik rəhbərliyi baş nazir Nikol Paşinyanın səfərinə hazırlaşır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, səfərin vaxtı və baş nazirin marşrutu gizli saxlanılır.

“Paşinyanın Sünikə sonuncu dəfə 2021-ci ildə, seçki kampaniyası gedişində bölgəyə səfəri zamanı çıxan qalmaqalı hər kəs xatırlayır. Güman olunur ki, bu dəfə də onun üçün xoşagələn hal baş verməyəcək. Daha sonra baş nazirin həyat yoldaşı da Sünikə gedib və üsyankar Kacaran şəhərinin merindən bir buket qızılgül almışdı. Lakin Paşinyan o vaxtdan Sünikə getməkdən yayınıb. İndi hakim “Vətəndaş sazişi” partiyası vəziyyətin dəyişdiyini düşünür. Avqustun 19-u Kapan, 20-si isə Kacaran günüdür. Sünikə baş nazirlə yanaşı, parlamentin spikeri və digər hökumət üzvləri də dəvət olunub”, - deyə qəzet yazır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR