İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası ilə bağlı SENSASİYA 

850 11.12.2023 13:57 Region A A

Ermənistanda hakim “Vətəndaş sazişi”nin deputatları 4 il Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına rəhbərlik etmiş Aykuy Arutyunyanı tənqid atəşinə tutublar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müxalif deputat Taqui Tovmasyan bunu “demokratiya pərdəsi altında gizlənən məmurların” növbəti kampaniyası adlandırıb.

“Gecə-gündüz demokratiyadan danışan hakimiyyət iki gün ərzində parlamentin zalında müstəqil konstitusiya qurumu olan Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Aykuy Arutyunyanı təqib edib. Məlum olub ki, o, son 4 il ərzində iqtidar deputatlarına, partiya rəsmilərinə qarşı iş başlatmağa, korrupsiya təzahürlərini, maraqların toqquşması və ya dövlət məmurlarının fəaliyyətində vəzifəyə uyğunsuzluq hallarını aşkar etməyə cəsarət göstəribmiş”, - deyə Tovmasyan qeyd edib.

Onun sözlərinə görə, hökumətyönlü deputatlar rüşvət və ianə məsələsində “insani, şəxsi, siyasi, mənəvi və hüquqi” bütün məqbul sərhədləri keçiblər.

“Bunu ildə 525 anonim hədiyyə alan “Vətəndaş sazişi” partiyasının deputatları deyir. Həmin ianələrin kimdən və nə üçün alındığı bəlli deyil, bunu müstəqil audit şirkəti aşkar edib. Partiyanın özü yüksək miqdarda pul ianə alıb və bunu gizli saxlayıb”, - deyə Tovmasyan bildirib.

Xatırladaq ki, ötən həftə parlamentin iclasında 2019-cu ildən komissiyaya rəhbərlik edən Aykuy Arutyunyan iki gün hakim siyasi qüvvənin təmsilçilərinin sərt qınaqlarına məruz qalıb, səsvermədə heç kim iştirak etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR