İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın ən yaxın RƏQİBİ – İki fərqli SORĞU

562 05.06.2026 16:05 Gündəm A A

Ermənistanın "News.am" saytının məlumatına görə, 1-3 iyun tarixlərində aparılan telefon sorğularına (CATI metodu) əsasən, seçkilərdə iştirak etməyə hazır olduğunu bildirən vətəndaşlar arasında “Vətəndaş müqaviləsi” partiyası 29,6% səs toplayıb. Onun əsas rəqibi olan Samvel Karapetyanın “Güclü Ermənistan” bloku isə 26,4% əldə edir. Telefon sorğusuna əsasən, qərarını vermiş seçicilər arasında siyasi qüvvələrin bölgüsü belədir:

“Vətəndaş müqaviləsi” (MM) – 29,6%
“Güclü Ermənistan” bloku – 26,4%
Digər partiyalar (cəmi) – 17,5%
“Ermənistan” bloku – 14,8%
“Çiçəklənən Ermənistan” partiyası – 6,1%
“Birlik qanadları” partiyası – 5,6%

Sorğuda 2050 nəfər iştirak edib. Proqnozlaşdırılan seçici fəallığı 55% kimi qiymətləndirilir, respondentlərin 45%-i isə cavab verməkdən imtina edib.

Ermənistandakı nüfuzlu “GALLUP” sorğu mərkəzinin direktoru Aram Navasardyan isə iyunun 5-də keçirdiyi mətbuat konfransında təşkilatın sorğusunun nəticələrini açıqlayıb. Bu nəticələr "News.am" saytının telefon sorğusunun rəqəmlərindən kəskin fərqlənir və “GALLUP” daha mötəbər sorğu mərkəzi kimi tanınır. Belə ki, sorğunun nəticələrinə görə, Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyası 32,4 faizlə ən yüksək nəticəni əldə edib. Ondan sonra 16,4 faizlə "Güclü Ermənistan" siyasi qüvvəsi, 15,2 faizlə isə Ermənistan Alyansı gəlir. Qalan siyasi qüvvələrdən Çiçəklənən Ermənistan Partiyası 8,8 faiz, "Birlik Qanadları" təşəbbüsü isə 6,2 faiz səs toplayıb. Sorğu 2-3 iyun tarixləri arasında aparılıb və 1104 vətəndaş iştirak edib.

Bəs Karapetyan hakimiyyət uğrunda yarışda yeni favoritə çevrilə bilərmi? Növbəti hakimiyyət təkpartiyalı yoxsa koalisiya formatında formalaşacaq?

Əfqanıstan–Pakistan qarşıdurması: Münaqişə qlobal müharibəyə çevrilə  bilərmi? – ŞƏRH - Turkustan.az

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, hakimiyyət komandası hələ də birinci siyasi qüvvə olaraq qalır, lakin Karapetyan seçki mübarizəsinə yeni dinamika gətirib: “Bununla belə, Paşinyanın üstünlüyünün tamamilə sona çatdığını söyləmək hələ tezdir. Çünki Ermənistanın siyasi sistemində inzibati resurslar, hakimiyyət imkanları və Paşinyanın hələ də müəyyən seçici bazasına malik olması onun əsas favorit statusunu qoruyur. Eyni zamanda, Karapetyanın reytinq artımı daha çox etiraz elektoratının konsolidasiyası ilə bağlı görünür və seçki gününə qədər bu dəstəyin nə dərəcədə sabit qalacağı mühüm sual olaraq qalır”.

Onun fikrincə, digər tərəfdən, sorğularda qərarsız və ya mövqeyini açıqlamaq istəməyən seçicilərin yüksək payı seçkinin taleyini məhz bu qrupun müəyyənləşdirəcəyini göstərir: “Əgər həmin elektoratın əhəmiyyətli hissəsi dəyişiklik tərəfdarı kimi səs verərsə, Paşinyanın təkbaşına hakimiyyəti qoruması çətinləşə bilər. Bu halda Ermənistanda növbəti hakimiyyətin koalisiya formatında formalaşması ehtimalı yüksəlir. Belə bir ssenari ölkədə siyasi parçalanmanı artırmaqla yanaşı, xarici siyasət kursu ətrafında da yeni müzakirələr yarada bilər. Çünki Paşinyan daha çox Qərbə inteqrasiya xəttini önə çıxardığı halda, onun əsas rəqiblərinin bir hissəsi Rusiya ilə münasibətlərin yenidən gücləndirilməsinin tərəfdarı kimi çıxış edir. Buna görə də qarşıdakı seçkilər yalnız hakimiyyət uğrunda mübarizə deyil, həm də Ermənistanın gələcək geosiyasi istiqaməti barədə referendum xarakteri daşıya bilər”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR