İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı Şarl Mişeldən danışdı: “O, tarazlıq yaratmağa çalışdı”

479 18.07.2023 15:49 Region A A

“Azərbaycanla Ermənistan arasında danışıqlar faktının özü artıq müsbətdir, çünki bu, regionda müəyyən dərəcədə gərginliyin azalmasına gətirib çıxarır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından deputat Lilit Minasyan tərəfindən yerli İctimai Televiziyanın efirində səslənib.

Onun fikrincə, danışıqlar faktı problemi sülh yolu ilə həll etmək və regionda sabitliyi təmin etmək imkanı verir.

Lilit Minasyan hesab edir ki, Vaşinqton və Brüssel görüşlərində müsbət hal burada heç bir geriləmənin müşahidə olunmamasıdır. Erməni deputat Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin “Laçın dəhlizi” əvəzinə “Laçın yolu” kimi Azərbaycan ifadəsini işlətməsi”, “Ağdam vasitəsilə humanitar dəhliz ideyasını dəstəklədiyi”, “Bakı-Xankəndi” dialoqunun beynəlxalq platformada aparılmasına ehtiyac görməməsi” kimi mövqeyinə də münasibət bildirib.

Minasyan bu formulalardan istifadə olunmasını Aİ-nin balanslaşdırılmış siyasəti ilə əlaqələndirib.

“Düşünürəm ki, vasitəçilik həm də balanslaşdırılmış siyasətdən ibarətdir”, - deyə o qeyd edib.

Erməni deputat bununla bərabər, Avropa rəsmisinin “Dağlıq Qarabağ” ifadəsi işlətdiyini və Azərbaycanda qəbuledilməz sayılan, inkar edilən “blokadadan” danışdığını xatırladıb. Minasyana görə, bu, tarazlıq üçün kifayət edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR