İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: “Qarabağ erməniləri Bakı ilə danışıqlara başlamalıdır”  

444 14.07.2023 19:25 Region A A

Qarabağ ermənilərinin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün Xankəndi (rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə qurulan oyuncaq  və qondurma “DQR” nəzərdə tutulur-red.) Bakı ilə danışıqlara başlamalıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu iyulun 14-də Ermənistan parlamentində xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sərkis Xandanyan deyib.

Erməni deputatın sözlərinə görə, Ermənistan tərəfi beynəlxalq tərəfdaşlarla görüşlərdə Qarabağ ermənilərin məsələsini hər zaman qaldırır.

“Bununla belə, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hazırda Xankəndi ilə Bakı arasında dialoqa ehtiyac var. Məsələ bu prizmadan müzakirə olunmalıdır ki, ona beynəlxalq reaksiya verilsin”, - deyə erməni siyasətçi bildirib.

Sərkisyan bir daha bu dialoqun beynəlxalq platformada aparılması ilə bağlı Ermənistanın mənasız israrını təkrarlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR