İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı Ermənistanın KTMT-dən çıxa bilmə ehtimalından danışdı

588 25.09.2023 17:31 Region A A

 

Ermənistan Respublikasının iştirak etdiyi mexanizmlər işləmir. Bu baxımdan Ermənistan öz təhlükəsizlik mexanizmlərini necə gücləndirəcəyini düşünməlidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin üzvü, hakim “Vətəndaş sazişi” partiyasının deputatı Sərkis Xandanyan tərəfindən səslənib.

Qeyd edək ki, bənzər tezislər baş nazir Nikol Paşinyanın son çıxışında da ifadə edilmişdi.

Bütün bunlar rəsmi İrəvanın KTMT-dən çıxmağa hazırlaşdığı barədə iddiaların güclənməsinə səbəb olub.

Xandanyan həmin iddiaları inkar etməyib. Onun fikrincə, Ermənistan öz təhlükəsizlik mexanizmlərinin qurulması üzərində düşünür. Bununla bağlı bəzi ölkələrlə danışıqlar aparılır və həmçinin orduda islahatlar aparılır.

Lakin Xandanyan Ermənistan üçün KTMT-yə alternativ sayıla biləcək yeni təhlükəsizlik sistemləri barədə açıq danışmaqdan imtina edib. Erməni deputat sadəcə rəsmi İrəvanın Fransa və Hindistan kimi ölkələrlə əməkdaşlığı gücləndirdiyini deməklə kifayətlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR