İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: “Ən yaxşı həll bu status-kvonu saxlamaqdır”

875 11.12.2023 15:53 Region A A

 

“Azərbaycan-Ermənistan danışıqlar prosesində bir sıra məqamlar razılaşdırılıb, bəziləri hələ də razılaşdırılmayıb və burada nədən danışsaq da, bu və ya digər səviyyədə hər şey müzakirə olunacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 11-də Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib.

Azərbaycanlı qaçqınların Ermənistana mümkün qayıdışı mövzusuna toxunan Papoyan bunları qeyd edib: “İrəvanın mövqeyi belədir: hər şey qarşılıqlı şəkildə baş verməlidir. Bizim üçün bir şey olmazsa, Azərbaycanda da olmayacaq. Bu kontekstdə hesab edirəm ki, ən yaxşı variant bu status-kvonu saxlamaq, yəni nə gəlmək, nə də getmək olmalıdır. Gələcəkdə, həqiqətən, dediyim sülh dövrləri gələndə və belə bir fürsət yarananda, məncə, məhdud sayda insan bu hüquqdan yararlana bilər. Amma bu, mütəşəkkil bir proses olmayacaq. Ən yaxşı həll bu status-kvonu saxlamaqdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR