İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: “Biz Qarabağın necə təslim edildiyini görürdük”

2202 27.09.2023 19:07 Region A A

“Biz Qarabağda baş verənləri, burada hansı adamların hakimiyyətə gəlmək istədiklərini, Qarabağın necə gözəl təslim edildiyini görürdük”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan müdafiə nazirinin keçmiş müavini, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qaqik Melkonyan deyib.

“Yəni həmişə danışdıqları təslimçilik öz əlləri ilə baş verib. İndi Ermənistan, bizim hakimiyyət Qarabağdakı erməniləri qəbul edir, onlar üçün müvəqqəti sığınacaqlar hazırlayır, həm də qohumlarının olduğu müxtəlif ərazilərdə yerləşdirir. Onlara qaçqın statusu veriləcək. Ola bilər ki, əhalisi çox az olan kəndlərdə onlar üçün evlər tikilsin”, - deyə Melkonyan bildirib.

Ermənistan hökumətinin buna görə hər hansı siyasi məsuliyyət daşıyıb-daşımadığı sualına deputat belə cavab verib:

“Ermənistan 2020-ci ilə qədər Qarabağ ermənilərinin (mətndə uydurma bir ad göstərilib - red.) təhlükəsizliyinin təminatçısı olub. Müharibədən sonra 9 noyabr razılaşmasına əsasən, bu təminatçılıq Rusiyaya keçib. Orada Rusiya sülhməramlıları 5 km eni olan Laçın dəhlizinə nəzarət etməli idilər, amma gördük ki, onlar bunu həyata keçirmədilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR