İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan yeni RUSİYA HƏMLƏSİ- Səfir dəyişir

663 03.08.2023 17:00 Region A A

Görünən odur ki, Ermənistan-Rusiya münasibətlərində yenidən starta ehtiyac var və bunu dərk edən tərəflər müəyyən addımlar atmaq qərarına gəliblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır.

“Onlardan birincisi səfirlərin dəyişdirilməsidir. Üstəlik, Rusiya tərəfi Ermənistanın Rusiya Federasiyasındakı səfirindən o qədər narazıdır ki, bu problem prioritet məsələ kimi həll olunacaq. Vaqarşak Arutunyanın dəyişdirilməsi məsələsi uzun müddətdir müzakirə olunur, lakin səfirliyə namizədlərin tapılmasında problem yaranıb. Çünki Nikol Paşinyanın etimadını qazanacaq, Rusiya hakimiyyəti üçün də məqbul sayılacaq namizəd lazımdır”, - deyə, məqalədə qeyd olunub.

Yazıda Ermənistanın Rusiyadakı növbəti səfiri ilə bağlı bəzi namizədlərin adı da açıqlanıb. Bunlardan biri və ən ehtimal olunanı Ermənistan Milli Assambleyasının deputatı Qurgen Arsenyandır. Rusiya tərəfi isə öz növbəsində Xarici işlər nazirliyinin yüksək rütbəli məmurunu təyin edəcək.

WhatsApp Image 2023-08-03 at 13.41.48.jpeg (20 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR