İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan SÜLH AÇIQLAMASI - SON DƏQİQƏ

2296 17.09.2023 11:10 Region A A

Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək sammitində İrəvanla Bakı arasında sülh sazişi imzalanmayacaq.

Musavat.com bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu yerli mediaya açıqlamasında deyib.

Ermənistanın baş naziri jurnalistlərə bildirib ki, təəssüf ki, saziş bağlamaq planı yoxdur.

“Hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur. İrəvanın prioriteti olan sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir” - baş nazir iddia edib.

Baş nazirin dediyinə görə, intensiv danışıqlar davam edəcək və o ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər. Ardınca Paşinyan yenə də təxribatçı mövqeyinə qayıdaraq “Laçın dəhlizi məsələsi həll olunmalıdır, çünki Dağlıq Qarabağdakı böhran danışıqlara mənfi təsir göstərir” - deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR