İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: Bunu uğur hesab edirəm, çünki...

1108 16.05.2024 11:37 Region A A

Sərhədin liberallaşdırılması prosesində baş verənləri böyük uğur hesab edirəm.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.

“Bunu uğur hesab etməyin birinci səbəbi odur ki, suverenliyimiz və müstəqilliyimiz, daha da inkişaf və möhkəmlənməyimiz üçün çox mühüm təməl daşı qoyulub. İkincisi, müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, respublikamızın rəsmi delimitasiya edilmiş sərhədi var ki, bu da təkcə bu kəndlərdə deyil, bütün Ermənistan - Azərbaycan sərhədi boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvan üçün prinsipial idi ki, sərhədin demarkasiyası prosesində Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaratmaq əvəzinə, Almatı bəyannaməsi ilə əvvəllər müəyyən edilmiş proses təkrarlansın:

"Başqa sözlə, sərhəd yaratmağa ehtiyac yoxdur, lakin biz Sovet Sosialist Respublikaları İttifaqının dağılması zamanı mövcud olan və de-yure, hüquqi əhəmiyyət kəsb edən sərhədləri bərpa etməliyik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR