İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ruslarla bağlı SENSASİON AÇIQLAMA

2136 29.09.2023 12:45 Region A A

Bu həftənin çərşənbə axşamı Nikol Paşinyan partiyasının deputatları ilə qızğın müzakirə aparıb. Görüş parlamentdə baş tutub və kifayət qədər uzun müddət davam edib. Paşinyan parlamentə axşam saatlarında gəlib və 3 saatdan sonra çıxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

“Gələn xəbərlərə görə, Nikol Paşinyan və fraksiya deputatları Qarabağdakı vəziyyəti, yerli ermənilərin təxliyəsi ilə bağlı məsələləri və oktyabrın 5-də Qranadada keçiriləcək İlham Əliyev-Paşinyan görüşünü müzakirə ediblər. Görüşdə əsasən Ermənistanın baş naziri danışıb.

Nikol Paşinyan özünəməxsus tərzdə yeni günahkarlar tapıb: onun fikrincə, Qarabağda yaranmış fəlakətli vəziyyətə görə ruslar, yerli separatçılar və erməni müxalifəti, bir sözlə, ondan başqa hamı günahkardır”, - deyə yazıda qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR