İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan 44 günlük müharibə ilə bağlı ŞOK AÇIQLAMA

2919 21.04.2023 21:25 Son xəbər A A

“Apardığımız danışıqlar nəticəsində Azərbaycan danışıqlar masası arxasında “yox” demək üçün legitim hüquq əldə edib. Ermənistanın isə yox deməyə haqqı olmayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bu cümlələri işlədib.

Paşinyanın sözlərinə görə, 44 günlük müharibə 2020-ci ilin sentyabrında deyil, 2015-ci ilin avqustunda, 2016-cı ilin aprelində başlayıb. O, “Vətəndaş sazişi” fraksiyasının deputatı Xaçatur Sukiasyanın “ordumuz erməni ordusu deyildi” fikri ilə razılaşdığını söyləyib.

Paşinyan keçmiş müdafiə naziri Seyran Ohanyana üzünü tutub: “Sizin nazir olduğunuz müddətdə neçə dəfə təlim-məşq toplanışları olub və onlar hansı miqyasda keçirilib? Buna görə də 2020-ci ildə əsgərlərimiz nə atəş aça, nə də yerini müəyyən edə bilirdi”, - deyə Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR