İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə erməniləri Azərbaycanla qorxutdu

1836 23.06.2024 20:31 Gündəm A A

Vaxtaşırı rəqiblərini Azərbaycanla qorxudan baş nazir Nikol Paşinyan növbəti dəfə qəribə çıxışı ilə diqqəti özünə cəlb edib.

Musavat.com-un məlumatına görə, bu barədə o, keşiş Baqrat Qalstanyanın növbəti mitinqinə saatlar qalmış danışıb.

“Azərbaycan deyir ki, “sən məni 30 il yaşamağa qoymadın, mən də səni yaşatmayacağam” və bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük problemdir”,-deyə Paşinyan bildirib.

Paşinyan bunu Vətəndaş Müqaviləsinin siyasi şurasının iclasındakı çıxışı zamanı deyib.

“Hələ böyük ölkələr, beynəlxalq oyunçular var ki, deyirlər: “Bir dəqiqə gözləyin. Necə yaşamaq istəyirsən? Sən yaşayan xalqlardan deyilsən, əziyyət çəkən xalqsan, əziyyət çəkməlisən, mühacirət etməlisən, öldürülməlisən, döyüşməlisən və bütün bunlardan keçib gəlməlisən, mənə nicat diləməlisən, mən gəlib səni xilas etməliyəm ki, səni öldürməyə davam etməsinlər və sən döyüşəsən”, -deyə Paşinyan əlavə edib.

Paşinyanın iddiasına görə, xalqın həmin qüvvələrə mesajı odur ki, onlar əbədi döyüşmək yox, sadəcə yaşamaq istəyirlər.

“Vətəndaş Müqaviləsi partiyasının ideologiyası məhz belədir: həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşlarımızın yaşamaq, yaxşı yaşamaq istəyinə azadlıq vermək və bunu mümkün etmək. Çünki bizim cəmiyyətdə yaxşı yaşamağa can atmaq üçün azadlıq vermirlər”,-deyə baş nazir bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR