İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yatdıqları yerdə yanan hərbçilərin valideynlərini gizli qəbul etdi

645 03.07.2023 16:53 Region A A

 

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 19-da Göyçə vilayətinin Azad kəndində baş vermiş yanğında ölən əsgərlərin valideynlərini yenidən qəbul edib.

Musavat.com bildirir ki, erməni mediası bu barədə zərərçəkmişlərin valideynlərinin vəkili Norayr Norikyana istinadən məlumat yayıb. Bildirilir ki, görüş qapalı olub, hətta əkil özü də müzakirələrdə iştirak etməyib. Buna səbəbsə ev sahibinin – hökumətin müvafiq tələb irəli sürməsi olub.

Bundan əvvəl baş nazir Nikol Paşinyanla valideynlərin ilk görüşü aprelin sonunda olmuşdu.

N.Norikyan xatırladıb ki, bir neçə həftə əvvəl yanğının və əsgərlərin ölümünün bütün hallarını aydınlaşdırmaq üçün təkrar ekspertizalar təyin edilib. Onun sözlərinə görə, valideynlərin hələ də istintaqa sualları çoxdur. Belə ki, qohumlar qəsdən qətl və ya təxribat versiyasını istisna etmirlər. Onların fikrincə, mümkün qətl dizel yanacağı, benzin və digər hərbi məhsulların satışı, narkotik maddələrin istifadəsi, düşmənlə gizli razılaşmalar və s. ilə bağlı ola bilər. Vəkil qeyd edib ki, ekspertizanın nəticələri hələ bu ay əldə olunacaq. Ondan sonra ibtidai istintaqın başa çatması və işin məhkəməyə verilməsi barədə məlumat veriləcək. Norikyanın sözlərinə görə, zərərçəkənlərdə belə bir təəssürat yaranır ki, istintaq strukturları faciənin rəsmi versiyasını hər vasitə ilə düzəltmək istəyirlər.

Xatırladaq ki, Göyçə vilayətinin Azad kəndindəki mühəndis şirkətinin müvəqqəti barakı kimi fəaliyyət göstərən tikilidə bu il yanvarın 19-da dəhşətli yanğın baş verib. Nəticədə 15 hərbçi ölüb, daha üç nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, insidentə səbəb sobada alov yandırmaq üçün avtomobil benzinindən istifadə edilməsi olub.

Hadisədən sonra 5 yüksək rütbəli hərbçi - 2-ci Ordu Korpusunun demək olar ki, bütün komandanlığı tutduqları vəzifələrdən azad edilib. Başlanılan cinayət işi çərçivəsində yanğın zamanı xəsarət almış və Yanıq Mərkəzində müalicəsi davam etdirilən kapitanla yanaşı, mühəndis-istehkamçılar rotasının komandirinə də ittiham elan edilib. Onlar həbsdədirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR