İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan üçün Qarabağ Azərbaycandır"

1597 03.05.2023 01:12 Son xəbər A A

2018-ci ildə aldatma və xəyanət baş verib. Sizi aldadıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan deyib.

“Müharibə zamanı sizi aldatdılar. Qalib gələcəyik demək məğlubiyyəti gətirdi. Hamınızı sevirik dedilər, amma minlərlə insan dəfn olundu, bir hissəsi ümumiyyətlə tapılmadı, qalanları hələ də əsirlikdədir. Deyirlər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç bir ilkin şərt olmadan baş verir, amma bu yalandır. Hazırda bu hökumətin xarici işlər naziri ABŞ-da Türkiyənin şərtləri ilə bağlı danışıqlar aparır və Azərbaycanın bütün tələblərini yerinə yetirir. Nikol Paşinyan hələ Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etməyə razılıq verib",-deyə Andranik Tevanyan bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR