İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

599 19.12.2022 11:55 Region A A

 

“Biz geniş spektrli məsələləri, o cümlədən təbii ki, regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edəcəyik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 19-da Ermənistan Təhlükəsizlik Şurasının növbəti iclasında deyib.

Ermənistanın mətbuatı tərəfindən verilən məlumata görə, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Vaaqn Xaçatryan, parlamentin spikeri Alen Simonyan, baş nazirin aparat rəhbəri Arayik Arutyunyan da iştirak ediblər.

Bundan başqa, hakim toplantıda “Vətəndaş sazişi” partiyasından parlamentin vitse-spikeri Ruben Rubinyan, maliyyə naziri Tiqran Xaçatryan, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Kancaryan, müdafiə nazirinin müavini Karen Brutyan da olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR