İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan sentyabrda HƏRƏKƏTƏ KEÇƏCƏK - İLGİNC İDDİA

1697 12.07.2024 15:36 Region A A

“Ermənistan parlamentinin növbədənkənar iclasından əvvəl Nikol Paşinyan partiyasının yaxın çevrəsini toplayaraq konkret nəyin müzakirə olunduğunu dəqiqləşdirmədən sentyabr-oktyabr aylarında ciddi, qəti addımlar atacağını bəyan edib”.

Musavat.com xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti məlumat yayıb.

“Mənbələrimiz iddia edir ki, bu müddət ərzində Paşinyanın KTMT-dən çıxmaq qərarına gəlməsi mümkündür. Bu kontekstdə o bildirib ki, indi bir sıra qeyri-parlament qüvvələrlə geniş konsolidasiyaya ehtiyacı var. “Danış, inandır, bizim tərəfə qalib gəl” deyən Paşinyan öz ətrafına təxminən eyni göstərişi verib”, - deyə “İravunk” yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR