İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Qarabağı Köçəryanla Sərkisyan satıb”

3143 20.06.2023 18:41 Region A A

“Ermənistanın ikinci prezidenti Robert Köçəryan hakimiyyətinin ilk günlərindən bağlı qapılar arxasında danışıqlar aparıb və bu danışıqlarda Qarabağın Azərbaycanın tərkibində statusunu məqbul hesab edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasında çıxış edərkən bildirib.

“Lakin belə mövqe danışıqlar prosesində və geniş əhali üçün əlçatmaz olan sənədlərdə öz əksini tapıb. İctimai bəyanatlar və dövlət təbliğatı səviyyəsində isə bunun tam əksi baş verib. Məhz bu dövrdə telekanallar Ermənistanın, Qarabağın və 7 rayonun vahid xəritəsindən istifadə etməyə başladılar. Oxşar xəritələr ictimai yerlərdə, hətta dövlət qurumlarında da görünməyə başladı”, - deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, danışıqların oxşar məzmunu ilə yanaşı, 7 rayonun erməni toponimləri dövriyyəyə buraxılıb: “Füzuli - Varanda, Ağdam - Akna, Qubadlı - Sanasar, Zəngilan - Kövsəkan, Cəbrayıl - Mehakavan, Kəlbəcər - Karvaçar, Laçın – Kaşatağ kimi göstərilib.

Beləliklə, birinci prezident Levon Ter-Petrosyanın ifadəsi ilə “ələ keçirilən” və keçmiş xarici işlər naziri Vardan Oskanyanın ifadəsinə görə, “işğal edilmiş” ərazilər (bunlar onların açıq şəkildə ifadə edilmiş formalarıdır – Paşinyan), artıq “azad olunan torpaqlar” kimi təqdim olunmağa başlayıb. Lakin bu, yalnız televiziya ekranlarında baş verib, danışıqlar zamanı Azərbaycan toponimlərindən istifadə olunmaqda davam edilib. “Vətən” deyə elan edilən əraziləri isə alaq otları basıb, bəzi hallarda generallar hərbi qulluqçuların əməyindən istifadə edərək ora buğda səpiblər”.

“Bununla yanaşı, o zaman fəaliyyət göstərən hakimiyyət orqanları ”Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi olmadığını” deyirdilər, çünki onlara görə, Dağlıq Qarabağ eynilə Azərbaycan SSRİ-dən ayrıldığı kimi 1991-ci ildə referendum yolu ilə AzSSR-dən müstəqillik qazanıb. Lakin bununla bərabər, keçmiş hakimiyyət Qarabağın statusu ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri ilə razılaşdı və bununla da 1991-ci il referendumunun nəticələrinin əhəmiyyətini və “legitimliyini” sıfırladılar. Bu prinsipləri qəbul etməklə Ermənistan praktiki olaraq Artsaxın Azərbaycanın bir hissəsi olması ilə razılaşdı”, - deyə Paşinyan söyləyib.

Nikol Paşinyan Köçəryanı Qarabağdakı qondarma hakimiyyəti danışıqlarda iştirak imkanından məhrum etməkdə də suçlayıb. “Köçəryan Qarabağı istənilən müstəqillikdən məhrum etdi və “DQ xalqı”nın (qondarma - red.) iradəsini pozdu. Əslində, bu, “Dağlıq Qarabağ”ın (qondarma qurumun - red.) beynəlxalq subyektivliyinin sonu idi”, - baş nazir bildirib.

Paşinyan qeyd edib ki, Köçəryanın motivasiyası onun 1998-ci il prezident seçkilərində saxtakarlıqla qalib gəlməsi və qeyri-legitim surətdə dövlət başçısı postunu tutması ilə bağlı olub. Çünki o vaxt qüvvədə olan qanunvericiliyə görə, Köçəryanın prezidentliyə namizədliyini irəli sürmək hüququ yox idi. Paşinyanın sözlərinə görə, Köçəryan “Dağlıq Qarabağın” “beynəlxalq subyektivliyini” prezident seçilməsi üçün qurban verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR