İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı, İlham Əliyev...” - SENSASİYA

2505 18.07.2023 16:00 Region A A

“Araik Arutyunyan qərar qəbul etməli, digər idarəetmə funksiyalarını yerinə yetirməli, oturaq aksiya təşkil etməməlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin eyni adlı fraksiyasının deputatı Andranik Tevanyan öz sosial şəbəkə hesabında yazıb.

“Oturaq tətil ölkə başçısı (Tevanyan qondarma qurumun rəhbərini bu cür təqdim edir - red.) tərəfindən başlayıbsa, bu, öz bacarıqsızlığının nümayişidir. Ancaq belə bir addım atmısınızsa, o zaman düzgün ünvana müraciət etməli və dəqiq qiymətlər verməlisiniz. Beynəlxalq ictimaiyyət öz mövqeyini Ermənistan Respublikasının baş nazirinin sözlərinə uyğun olaraq müəyyənləşdirir.

Nikol Paşinyan Qarabağı (o cümlədən Laçın dəhlizini) Azərbaycanın bir hissəsi kimi tanıdı və bununla da İlham Əliyevə Qarabağı “mühasirəyə almağa” və 9 noyabr üçtərəfli bəyannaməsindən imtina etməyə imkan verdi.

Əgər Paşinyanın qeyri-legitim siyasəti qiymətləndirilməyibsə, üstəlik, “oturaq aksiya” kimi beynəlxalq ictimaiyyətə müraciətin “ifrat” variantı seçilirsə, bu, teatrdır, həm də çox ucuz teatrdır”, - deyə Tevanyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR