İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “Qarabağ erməniləri”nin pulunu kəsir - SENSASİON GƏLİŞMƏ

1162 22.05.2024 11:48 Gündəm A A

Ermənistan hökuməti Qarabağdan gələn erməni əhalisini hədələyib.

Musavat.com-un xəbərinə görə, bu barədə hakim “Mülki müqavilə” blokunun deputatı Xaçatur Sukiasyan danışıb.

“Qarabağdan olan ermənilər etiraz mitinqlərində iştirak etsələr, Ermənistanda aldıqları yardımları itirəcəklər”, - deyə o bildirib.

XACA.jpg (38 KB)

Sukiasyan qeyd edib ki, Ermənistanın keçmiş liderləri başqa ölkələrlə əlaqəsi olanlarla “pis” davranırdılar:

“Bu adamlar ya həbsxanaya düşdülər, ya öldülər, ya da mallarını itirdilər. İndi də sizə deyirəm: əgər siz ölçüləri bilməsəniz və Ermənistanın inkişafına mane olsanız, eyni qaydalar sizə qarşı da istifadə olunacaq”.

Əlbəttə ki, bütün bunlar Ermənistan hökumətinin xəbəri və razılığı olmadan söylənə bilməzdi. Görünən budur ki, Paşinyan hökuməti müxalifətin əsas bazasını neytrallaşdırmaq xətti götürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR