İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan həm sülh sazişindən danışır, həm də “Bakı-Xankəndi dialoqu”ndan dəm vurur

547 22.05.2023 13:30 Region A A



“Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik. Beynəlxalq ictimaiyyətin istəyi Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanınması yönündədir”,-deyə Paşinyan bildirib.

Ermənistan baş naziri yenə də Bakı ilə Xankəndi arasında hansısa dialoq aparılmasından bəhs edib.
“Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq, Bakı-Xankəndi dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq.

Eyni zamanda, , Ermənistan Respublikasının təhlükəsizliyinin strateji təminatının sülh olduğuna əminliyimi ifadə edirəm. Bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür. Asan proses olmayacaq, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur. İqtisadiyyat və büdcə göstəriciləri, məncə, hökumətin sülh proqramına verdiyi reaksiyasıdır”, - deyə Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR