İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ermənilərə sual verdi: Niyə Azərbaycanın əhalisi 2 dəfə artdı, Ermənistanın isə...

1269 27.06.2023 15:49 Region A A

“Belə bir versiya var ki, məsələn, 27 oktyabr 1999-cu il hadisələri danışıqlar prosesi ilə, xüsusən də ərazilərin mübadiləsi konsepsiyası ilə bağlıdır. Bu, hələ cinayət qanunvericiliyində sübuta yetirilməmiş və əsaslandırılmamış versiyadır, lakin onun istintaq predmetinə çevrilməsi mümkündür”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də 44 günlük müharibənin nəticələrinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında bildirib.

1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu bildirilirdi.

Bundan sonra 20 il ərzində Azərbaycan əhalisi demək olar ki, iki dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı.

Bəs onda qələbə kimin oldu? Niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı, niyə bu qələbə nəticəsində Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliklə, hərbi büdcə ilə bağlıdır. Biz də bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi daxili siyasi aspektdə çox önəmli idi” - Paşinyan deyib.\\Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR