İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan 29,9 min kv.km-lik ərazidən imtina edirsə, alsın 9 minlik Ermənistanı!

4614 20.04.2023 18:50 Yazarlar A A

Azərbaycanın dövlət başçısı qətiyyətli olduğu qədər də səbirlidir. Bəzən düşmən ölkənin rəhbərliyi bu təmkindən sui-istifadə edir, amma unudur ki, səbir sonsuzluq anlamına gəlmir, nəhayət, daşan günü də olur, necə ki, 44 günlük müharibədə bunu gördük...

Diqqət edirsinizsə, dövlət başçımız Ermənistanın baş naziri Nikol Paşinyan, yaxud onun komanda üzvləri barədə sərt ifadələr işlətməməyə çalışır, yenə də şans verir, ötənlərdən dərs çıxartmağı tövsiyə edir.  Dövlət Televiziyasına müsahibəsində Prezident İlham Əliyev mövqeyini bir daha bəyan etdi: “Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”. Həmçinin “Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”-deyib, Xankəndidəki göstəbəklərə xəbərdarlıq etdi.

Qarşı tərəf dərs çıxarırmı? Yox. Budur, separatçı-terrorçu dəstələr yenə də ağız-ağıza verib, Azərbaycana cırmaq atmağa çalışırlar. Hətta özünü “xarici işlər naziri” adlandıran Sergey Qazaryan adlı bir qulbeçə deyir, “Dağlıq Qarabağ məsələsinə Azərbaycanın daxili işi kimi baxıla bilməz”. Ağzından süd iyi gələn separatçı bunu adaşı olduğu Lavrovun cib dəftərçəsindən oöurlayaraq, əzbərləyib heç şübhəsiz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov eyni cümləni 2017-ci ilin yanvarında deyib, əvvəlcə Serj Sərkisyana, sonra isə Nikol Paşinyana fitnə-fel vermişdi. Sonrası məlum: elə lavrovların hazırladığı plan səbəbindən bu günədək ermənilər əsir, meyit axtarışındadırlar, valideynlər küçələrdə gecələyirlər...Amma yox, ağılları başlarına gəlməyib, gəlsə, həmin bu, qazaryanlar dəstəsi yenə də nicatı Rusiyada görməz, rus hərbçilərinin proseslərə müdaxiləsini arzulamazdılar.

Azərbaycan Prezidentinin səxavətindən şans kimi istifadə etmək, onun uzanan əlini öpüb, göz üstə qoymaq, əfv diləmək əvəzinə, zəvzəməsinlər. Dövlət başçısı son müsahibəsində həm də Qarabağ ermənilərini xilas etmək niyyətini bəyan etdi.

Sitat:
“Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar”. Və...ardınca da xəbərdarlıq: “Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”.

Son aylarda siyasəti “nala və mıxa” vurmaqdan ibarət olan Nikol Paşinyan da gah deyir bizə 29,8 min kv.km-lik ərazimizə təhlükəsizlik təminatı verilsin, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, gah da üstünə gələn revanşistlərin qorxusundan “mən elə deməmişəm”-söyləyir, Qarabağa beynəlxalq təminat söhbətini ortaya atır. İnsan nə qədər qeyri-ciddi olarmış, özü də bir dövlət, hökumət başçısı. Bu adam özü-özü ilə qalanda şəxsi haqqında nə düşünür, nə deyir görəsən? Qarabağ ermənilərinə niyə hansısa beynəlxalq status olmalıdır, bu, harada yazılıb? Ancaq erməni olduqlarına görəmi? Onda Ermənistandakı erməniləri, həmçinin Los-Ancelsdəki, Marseldəki erməniləri də hissə-hissə beynəlxalq statuslu elan etsinlər, lap “Qırmızı kitab”a salsınlar, nəsli kəsilə biləcək canlılar, flora, fauna nümunəsi kimi! Nə əcaib arqumentdir? Azərbaycan dövləti ən yüksək səviyyədə təhlükəsizlik təminatı verir, hətta onları Qarabağdakı terrorçulardan, 10 min nəfərlik Paşinyan ordusundan xilas etmək istəyir, amma Ermənistan rəhbərliyi deyir yox, Qarabağdakı ermənilər üçün fövqəlgüclərin qarantiyası lazımdır. Göydən düşüblər, ya yerdən çıxıblar?! Bizim təhlükəsizliyimizi bəyənmirlərsə, Laçın yolu ilə üzüaşağı, dünəndən açıqdır, cəhənnəmə doğru!

Nikol Paşinyan bir dəfə xalqını fəlakətə düçar edən ifadə işlətdi, “Qarabağ Ermənistandır. Nöqtə” deməklə. Bu, 3 söz ona çox baha başa gəldi, minlərlə erməni məhv edildi, Annanın da etiraf etdiyi kimi, 11 min fərari, darmadağın edilən ordu və sair...”Yerablur”da qəbir yeri də yoxdur artıq. İndi də deyir Azərbaycan onun 29,8 min kv.km-lik ərazisinin təhlükəsizliyinə təminat versin. Azərbaycan üçüncü ildir səbirlə gözləyir ki, sən 2020-ci ilin 10 noyabr razılaşmasına əməl edəsən, Zəngəzur dəhlizini açasan, Naxçıvanla quru rabitəmizin bərpasına mane olmayasan, Qarabağdan əlini çəkəsən, hərbçilərini rədd edəsən, separatçılara maliyyə, silah-sursat göndərilməsinə son qoyasan.

f78254f3-8961-49f2-9abe-c728be2db70c.jpg (96 KB)

Öz imzana sahib çıxa bilmirsən, Azərbaycanın qarşısında şərtmi qoyursan?! Sənə bu icazəni kim verib?! Məğlubsan, icazə al, otur yerində, sənə deyiləni icra elə! Sən nə haqla katalikos Qaregindən istefa tələbi gələn kimi “Qarabağda məni yanlış başa düşüblər” deyirsən. Deyib, adətən, onun fikirləri Xankədidə yanlış anlaşılır, bu dəfə də eyni hal yaşanıb. Yəni Paşinyan bununla bir daha bəyan edib ki, Ermənistan Qarabağa iddialarına son qoymaq niyyətində deyil, bu da İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığı anlamına gəlir. Deməli, Nikol Paşinyan məntiqlə 29,8 min kv km-lik yox, cəmi 9 min kv.km-lik ərazi ilə - 1918-ci ilin mayındakı kimi, İrəvan və ətraf ərazi ilə kifayətlənmək niyyətindədir. Seçim özlərinindir, onsuz da 29 minlik ərazi onlar üçün çoxdur...Üstəlik, Ermənistanın böyük bacısının paytaxtında 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113,9 min kv.km-lik əraziyə sahib dövlət kimi tanınmışdı. Paşinyan bizə inanmırsa, bacısından soruşsun...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR