İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşayeva şəhidimizin anası və bacısı ilə görüşüb

460 08.07.2022 10:42 Sosial A A

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmiş Romir Rəşadət oğlu Əliyevin anası Miroslava Əliyeva və şəhidin bacısı ilə görüşüb, onları dinləyib, ürək sözlərini bölüşüb.

Qurban bayramı ərəfəsində Milli Məclisdə baş tutan görüşdə şəhid anasını məhəbbətlə salamlayan komitə sədri ürək sözlərini bölüşüb: "Bütün bayramlarda təbriki ən çox sizlər haqq edirsiniz! İgid oğlunuzun əziz ruhu qarşısında ehtiramla baş əyirik. Bu, bir daha göstərir ki, siz öz övladınızı vətəncanlı, dövlətcanlı ruhda böyütmüş, ona yüksək tərbiyə vermisiniz. Biz Sizə çox minnətdarıq! Dövlətimiz və xalqımız hər zaman yanınızdadır. Xahiş edirəm, bizim ehtiramımızı bütün doğmalarınıza çatdırasınız"!

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimizin anasına və bacısına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR