İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament və DİN mühasirəyə alınır: Paşinyan binadadır – terror SSENARİSİ İŞƏ DÜŞÜR?

797 29.05.2024 13:50 Gündəm A A

Bu gün Ermənistanda qızğın siyasi hadisələrin olacağı gözlənilir. Ermənistan parlamentində 2023-cü ilin dövlət büdcəsinin icrası haqda hesabat müzakirə edilir. İclasda Nikol Paşinyan və nazirlər də iştirak edirlər. Keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi müxalifət hərəkatının parlamentə yürüş edəcəyi gözlənilir. Məlumatlara görə, müxalifət Paşinyan parlamentdə olduğu vaxt binanı mühasirəyə almağı planlaşdırır.

“Hraparak” nəşri isə yazır ki, hakimiyyət parlamentin mühasirəsinə qarşı bütün sərt addımları atacaq. Nəşrin iddiasına görə, artıq bununla bağlı tapşırıqlar verilib, bütün hökumət və güc strukturları bu ssenariyə hazırlaşır.

“Parlamentin ətrafında çoxsaylı polis qüvvələri toplaşıb. Binanın daxilində də nəzarət gücləndirilib. İclasda isə yalnız operatorlar və fotoqraflar iştirak edir, jurnalistlər iclas otağının yaxınlığına belə buraxılmayıb”, - nəşr qeyd edir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız jurnalist-ekspert Fuad Abbasovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR