İnsanlara hürriyət, millətlərə istiqlal!

Papua-Yeni Qvineyanın paytaxtında polis tətili - ölənlər var VİDEO

465 10.01.2024 20:27 Dünya A A

Papua-Yeni Qvineyanın paytaxtı Port Moresbi şəhərində iğtişaşlar nəticəsində səlahiyyətlilər arasında ölənlər var. 

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, paytaxtda qarətlər də başlayıb.

KİV-in məlumatına görə, iğtişaşlar polis əməkdaşlarının maaşların azaldılmasına etirazı zamanı başlayıb.

Qeyd edək ki, Papua-Yeni Qvineyanın Müdafiə Nazirliyinin hərbçiləri, polis əməkdaşları və penitensiar müəssisələrin işçiləri “maaşlardan səbəbsiz pul tutulmasına” etiraz edir.

Ən azı 200 polis və hərbçinin iştirak etdiyi aksiya yerli parlament binasının yaxınlığında başlayıb.

Ölkənin Baş naziri Ceyms Marape problemin əməkhaqqı sistemindəki nasazlıqdan qaynaqlandığını və tutulan vəsaitin tam şəkildə ödəniləcəyini bildirib.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR